Bakıda bu il 710 min sürücü və 135 min piyada cərimələnib

Bakıda bu il 710 min sürücü və 135 min piyada cərimələnib
15 Dekabr 2016
Mətni dəyiş
Bakıda bu ilin əvvəlindən indiyədək qayda pozan sürücülərə qarşı Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən 709 990 inzibati protokol tərtib edilib.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, hesabat dövründə 12 241 nəfər sürücünün sərxoş olduğu aşkarlanıb. 425 nəfər sürücü isə avtoxuliqanlıq etdiyinə görə, inzibati məsuliyyətə cəlb edilib.
Bakı şəhəri ərazisində 135 000 nəfər piyada müəyyən olunmuş piyada keçidlərindən keçmədiyinə görə, cərimə edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun