15 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan ərazisində “Amerikanın səsi”, “Azadlıq” radiolarının, həmçinin digər müxalifət saytlarının bloklanması davam edir. Məhdudiyyət gah aradan qaldırılır, gah da yenidən tətbiq edilir və bununla da oxuculara problem yaradılır.
Dekabrın 15-də ölkənin aparıcı müxalifət qəzeti “Azadlıq”ı bloklamağa başlayıblar.
Bu “gizlənpaç oyunları” birinci həftə deyil ki, “oynanılır”. Sözügedən saytların bloklanması ölkənin ali rəhbərliyi haqda tənqidi materiallar yayıldıqdan dərhal sonra baş verir.
Rabitə Nazirliyi Azərbaycanın hüdudlarından kənarda bu saytlara giriş sərbəst olduğu halda burada onların kim və ya nə tərəfindən və nəyə görə bloklanmasının səbəblərini ya izah edə bilmir və ya izah etməyi lazım bilmir.
Bir sıra beynəlxalq təşkilatlar bəyanatla çıxış edərək bu saytların bloklanmasında Azərbaycan hakimiyyətini ittiham ediblər.