28 Dekabr 2016
Mətni dəyiş
Argentinada hərraclardan sui-istifadə etdiyi iddiasıyla mühakimə olunan sabiq prezident Cristina Fernandez de Kirchner korrupsiyada günahlandırılır.
Paytaxt Buenos Airesdə keçirilən məhkəmədə, federal hakim sabiq prezident Fernandez de Kirchner və dövrün iki yüksək səlahiyyətlisini hərraclarda rüşvətə yol verdiyi səbəbi ilə mühakimə olunub.
Hakim Julian Ercolini, Kirchner-in 633 milyon dollar dəyərindəki mal varlığına əl qoyulmasına da qərar verib.
"Euronews"-un xəbərinə görə, digər tərəfdən iddiada adı keçən iş adamı Lazaro Baez də dövlət hərraclarında haqsız qazanc əldə etməkdən günahkar bilinib.
Xatırladaq ki, inşaat sektorunda fəaliyyət göstərən Baez may ayında həbs edilmişdi.
Cristina Kirchner isə vəzifəsindən sui-istifadə etdiyi istiqamətindəki ittihamları rədd edir.