22 Dekabr 2016
Mətni dəyiş
Almaniya prezidenti Joachim Gauck Berlində təşkil edilən hücumda yaralananları ziyarət edib.
Yaralılardan 13-ünün müalicə gördüyü Berlindəki Charite Universitet Xəstəxanasına gələn Gauck, çıxışda jurnalistlərə açıqlamalar verib.
Həkimlərə xüsusi təşəkkür edən alman lider, bu hücuma cavabın kömək əli uzadılaraq veriləcəyini dilə gətirib:
"Bu hücum eyni zamanda bizim həyat tərzimizi da hədəf aldı. Hücuma cavabımız, köməksevərlik, cana yaxınlıq, başqaları ilə maraqlanmaq və başqalarına sahib çıxmaqla olacaq. Ətrafımı bürüyən bu insanlara minnətdaram. Yardıma ehtiyacı olan insanlara qərarlı şəkildə kömək edərək mükəmməl iş görən həkimlərin böyük səyləri üçün xüsusilə minnətdaram".
Xatırladaq ki, bazar ertəsi axşamı saat 20.00 radələrində paytaxt Berlində bir yük maşını, bazarda kütlənin arasına girmiş, hücum zamanı 12 nəfər həyatını itirərkən, 48 nəfər də yaralanmışdı.