29 Dekabr 2016
Mətni dəyiş
Rusiyanın ABŞ-a kiber-hücumlarına sərt sanksiyalarla cavab veriləcək.
Bunu Birləşmiş Ştatların senatorlarından Lindsey Graham (Cənubi Karolinadan olan respublikaçı) söyləyib. O, dekabrın 28-də Latviyada çıxış edərkən Konqresin Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi məsələsini araşdıracağını deyən senator hər iki tərəfin -respublikaçıların və demokratların razılığıyla tətbiq ediləcək sanksiyaların həm Rusiyaya, həm də birbaşa Rusiya prezidenti Vladimir Putin-in özünə zərbə vuracağını bildirib.
Reuters xəbər agentliyinin suallarını cavablandıran ABŞ-ın seçilmiş prezidenti Donald Tramp isə Vaşinqton və Moskvanın ehtimal edilən hücumlarla bağlı mübahisələrini bir kənara qoymalı olduğunu hesab edir. ABŞ Rusiyaya qarşı sanksiya tətbiq etməlidirmi sualına o, "Biz öz həyatmızla məşğul olmalıyıq", - deyə cavab verib.
Ruslar isə ittihamları rədd edirlər. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, Vaşinqton daha sərt tədbirlərə əl atsa, cavabını alacaq. O, Kremllə bağlı ittihamların Ağ evin təxribatı olduğunu söyləyib.