ABŞ-la Çin arasında gərginlik artır

ABŞ-la Çin arasında gərginlik artır
12 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni prezidenti Donald Trump Tayvan lideri Tsai Ing-wen ilə etdiyi telefon danışığının yol açdığı diplomatik böhranla bağlı açıqlamalar verib.
Fox News kanalına müsahibə verən Trump, seçkilərin nəticəsi açıqlandıqdan sonra Tayvan Dövlət Başçısı Tsai Ing-wen ilə etdiyi telefon danışığını müdafiə edərək, ABŞ-ın "Vahid Çin" siyasətinə bağlı qalmaq vəziyyətində olmadığını söyləyib.
Həmin siyasəti anladığını, ancaq bunun özləri üçün məcburi olmamasının lazım olduğunu bildirən Trump, Çinlə ticarət başda olmaq üzrə başqa bəzi sahələrdə yeni razılaşma əldə etmədən, "Vahid Çin" siyasətinə bağlı qalmağın vacibliyinin əhəmiyyətli olub-olmayacağı barədə fikirləşəcəklərini qeyd edib.
Çinin sözügedən görüşü tənqid etməsinə də reaksiya verən Donald Trump, "Çinin mənim kiminlə görüşüb-görüşə bilməyəcəyimi diktə etməsini istəmirəm", - deyə bildirib.
Trumpın bu sözlərinin ardından Çinin cavabı özünü gecikdirməyib:
"ABŞ rəhbərinin sözlərindən ciddi narahatlıq duyuruq. "Vahid Çin" siyasətinin pozulması halında Çin-ABŞ əlaqələrinin inkişaf edici tərzdə şaxələnməsi və ikitərəfli əməkdaşlıq mümkün deyil".
Qeyd edək ki, Trump seçkilərin ardından Tayvan Dövlət Başçısı Tsai Ing-Wendən gələn təbrik telefonunu qəbul etmiş, bu hadisə Çin rəhbərliyini sərt reaksiyasına səbəb olmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun