Xakerlər Cənubi Koreyada istifadə olunan planşeti göstəriblər

Xakerlər Cənubi Koreyada istifadə olunan planşeti göstəriblər
29 Dekabr 2016
Mətni dəyiş
Xakerlərin Ümumdünya Konqresi (Chaos Communication Congress) çərçivəsində entuziast bir qrup Cənubi Koreyada istifadə olunan Woolim plaşetini göstəriblər. 
Bu barədə Motherboard yazır.
Florian Grunow, cihazın Androidin modifikasiya olunmuş versiyası əsasında işlədiyini deyib. Planşetə istifadə qaydaları olan pdf, bir neçə propoqanda kitabı ilə bərabər çin, rus və fransız dillərinin lüğətləri ilə bərabər bir neçə tədris programı yüklənib. Bundan başqa, planşetə yerli televiziyaya və qapalı komputer şəbəkəsinə bağlanmaq üçün əlavələr də qurulub. Əlavələrin qurulması müdafiə sistem tərəfindən məhdudlaşdırılıb. Yüklənmiş faylı açmaq üçün sistem kriptoqrafik imzanı tələb edir. Kriptoqrafik imzanın ya planşet tərəfindən iş zamanı yaradıldığı ya da dövlət senzurasını keçənlərə verildiyi ehtimal edilir.
Təqdimatçılar cihazın Çinin Hoozo şikəti tərəfindən istehsal olunduğu da müəyyən ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun