16 Noyabr 2016
Mətni dəyiş
Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, 15 noyabr tarixinə vergi borcu olduğuna görə 423 şəxsin ölkədən çıxması qadağan edilib. Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.
Vergilər Nazirliyi eyni zamanda vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin də adını açıqlayıb.
Məlumata görə, 15 noyabr tarixinə vergi borcu olduğuna görə 727 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.