Universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi dərc olunub

Universitetlərin məzunlarının işlə təmin olunması üzrə dünya reytinqi dərc olunub
23 Noyabr 2016
Mətni dəyiş
Universitetlərin məzunlarının işlə təmin olunması üzrə ilk dəfə dünya reytinqi (QS Graduate Employability Ranking) dərc edilib.
"Report"un məlumatına görə, ümumilikdə reytinqdə dünyanın müxtəlif ölkələrindən 300 ali təhsil ocağı yer alıb. Reytinqin tərtibi zamanı aşağıdakı göstəricilər nəzərə alınıb: işəgötürənlər arasında nüfuzu, onlar ilə əməkdaşlıq, məzunların uğurlu olması, işəgötürənlərin kampusda iştirakı və işlə təmin edilməsi.
Siyahıda Azərbaycan ali təhsil müəssisələrinin adı yoxdur.
Reytinqdə ən yaxşı 5 universitet bunlardır: Stenford Universiteti və Massaçusets Texnologiya İnstitutu (ABŞ), Tsinhua Universiteti (Çin), Sidney Universiteti (Avstraliya) və Kembric Universiteti (Böyük Britaniya).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun