Təhsil Problemləri İnstitutunun adı dəyişdirilib

Təhsil Problemləri İnstitutunun adı dəyişdirilib
15 Noyabr 2016
Mətni dəyiş
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu"nun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, sənədə əsasən Təhsil Problemləri İnstitutu bundan sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu adlanacaq.
Fərmanla əlaqədar Nazirlər Kabinetinə  və Ədliyyə Nazirliyi müvafiq tapşırıqlar verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun