Suriyada həlak olan iranlıların sayı artırmı?

Suriyada həlak olan iranlıların sayı artırmı?
25 Noyabr 2016
Mətni dəyiş
2012-ci ildən 1000-dən artıq əsgərin müharibədə həlak olduğuna dair bəyanata skeptik münasibət bildirilir
Təhlilçilər İran rəsmisinin 2012-ci ildən 1000-dən artıq əsgərin Suriya müharibəsində həlak olduğuna dair bəyanatına skeptik münasibət bildirir.
Belə ki, hələ 4 ay əvvəl İslam Respublikası bu göstəricinin 400 olduğunu bəyan etmişdi.
Tehranlı siyasi şərhçi Möhsen Şemirani deyib ki, ölənlər arasında İrana müttəfiq qüvvələr sırasında döyüşən əfqan və pakistanlılar da ola bilər.
İran ö ölkədə yaşayan minlərlə əfqanı Hezbulla qüvvələri sırasında döyüşmək üçün Suriyaya yollayıb.
iran1
Bu yaxınlarda Suriya rejiminə dəstək məqsədi ilə İranın İnqilab Qvardiyasının general-mayoru Əli Cəfəri xüsusi birləşmənin Suriya ərazisində döyüşlərdə iştirak edəcəyini bəyan edib. Pakistanlı könüllülər və Hizbullanın livanlı üzvləri də onlar arasındadır.
İran əksəriyyəti əfqan və ya pakistanlı olmaqla Suriya münaqişəsində həlak olanların dəfn mərasimlərini ictimailəşdirir. Onları döyüşlərə maddi maraqları təşviq edir.
"Tehran Suriyada döyüşənlərin ailə üzvlərinə vətəndaşlıq verir" - deyə Vaşinqtonda yerləşən beynəlxalq əlaqələr üzrə ekspert Əli Əlfoneh bildirib.
“Fatehinlər” adlandırılan bu döyüşçülər Suriyada şiələrin Dəməşqdəki “Zeynəb Məbədi”nin müdafiə edir.
İranın “Məbəd Müdafiəçiləri” kimi qələmə verdiyi döyüşçülər Suriya prezidenti Əsəd qüvvələrini dəstəkləyir.
“Fatehinlər” birləşməsi İranın Bəsic qüvvələrinin yeni cinahıdır.
Bəsic 1979-cu ildə İslam İnqilabının banisi Ayətulla Əli Xomenyinin göstərişi ilə təsis edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun