Sarkozy məğlubiyyətdən sonra siyasətdən gedir

Sarkozy məğlubiyyətdən sonra siyasətdən gedir
21 Noyabr 2016
Mətni dəyiş
Fransanın keçmiş prezidenti Nicolas Sarkozy mərkəz-sağçı prezident namizədi kimi yarışda məğlub olub və nəticədə, siyasətdən getdiyini açılqlayıb.
Sarkozy, bazar günü baş tutan ilk turda qalib Francois Fillon-a məğlub olduğunu etiraf edib.
Fillon kimi keçmiş baş nazir olan Alain Juppe isə ikinci yeri tutub.
Onlar gələn bazar günü növbəti turda qarşılaşacaqlar. Qalib gələn il baş tutacaq prezident seçkilərində namizəd olacaq.
Qalib isə çox güman ki, prezidentlik üçün əsas namizədlərdən bir olacaq və uzaq-sağçı namizəd Marine Le Pen ilə üz-üzə gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun