Polis şöbəsində saxlanılan şəxs intihar edib

Polis şöbəsində saxlanılan şəxs intihar edib
17 Noyabr 2016
Mətni dəyiş
Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib. Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb.
V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib. Məlumata görə, zorlamada ittiham olunan V.Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V.Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.
Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun