Misir məhkəməsi Mohamed Morsi-nin ömürlük həbs cəzasını ləğv edib

Misir məhkəməsi Mohamed Morsi-nin ömürlük həbs cəzasını ləğv edib
22 Noyabr 2016
Mətni dəyiş
Misir Kassasiya Məhkəməsi casusluq ittihamı ilə həbs edilmiş ölkənin keçmiş prezidenti Mohamed Morsi-nin ömürlük həbs cəzasını ləğv edib.
Bu barədə “Sky News Aravia” telekanalı məlumat verib. Morsi-dən başqa, “Müsəlman qardaşları” təşkilatının rəhbərliyində yer alan 21 nümayəndə ilə bağlı qərar da ləğv edilib.
Xatırladaq ki, Mohamed Morsi Misirdə hakimiyyətə 2012-ci ildə baş vermiş inqilabdan sonra gəlib. Bir il sonra isə o, devrilib və həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun