25 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankın məlumatına görə, ABŞ dollarının məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb və 0,75% möhkəmlənərək 1,8176 manat olub.
Qonşu ölkə Rusiyanın milli valyutası olan rubl 1,12% ucuzlaşaraq 0,0266 manat olub. Gürcüstan larisinin məzənnəsi də 0,52% ucuzlaşaraq 0,6892 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 1,31% azalaraq 0,4970 manat təşkil edib. Bir ingilis funt sterlinqi isə 0,38% bahalaşaraq 2,1409 manata çatıb.