Kaliforniyanın ABŞ-ın tərkibindən çıxması ilə bağlı referendum təklifi irəli sürülüb

Kaliforniyanın ABŞ-ın tərkibindən çıxması ilə bağlı referendum təklifi irəli sürülüb
22 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın Kaliforniya ştatının müstəqil olmasının tərəfdarları ştat prokurorluğuna ABŞ-ın tərkibindən çıxmaqla bağlı referendum təklifi irəli sürüblər.
Bu barədə “The Los Angeles Times” qəzeti yazıb. Bildirilir ki, referendumun təşəbbüskarı “Yes California” hərəkatıdır. Fəallar onların təşəbbüsünün “Calexit: Kaliforniyanın müstəqilliyi ilə bağlı 2019-cu ilin plebissiti” adı altında qeydiyyata alınmasını istəyiblər. Ərizənin qeydiyyatından sonra onlar referendumla bağlı dəstək imzaları toplayacaqlar.
Kaliforniyanın müstəqilliyinin tərəfdarları səsvermənin 2019-ci il martın 13-də keçiriləcəyinə ümid edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun