26 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində zəif duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 1-4, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.