İcra başçısının jurnalistə qarşı irəli sürdüyü ittiham əsassız hesab edilib

İcra başçısının jurnalistə qarşı irəli sürdüyü ittiham əsassız hesab edilib
8 Noyabr 2016
Mətni dəyiş
Bu gün Masallı Rayon Məhkəməsində Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafil Hüseynovun jurnalist Mirələm Həşimova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi başlayıb.
Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb.
Onun sözlərinə görə, hakim Anar Alməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət əsassız hesab edilib və iş icraata qəbul olunmayıb.
Masallı RİH başçısı R.Hüseynov məhkəməyə müraciət edərək jurnalist M.Həşimovun cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib. O, jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını istəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun