3 Noyabr 2016
Mətni dəyiş
FED-in Federal Açıq Bazar Komitəsinin bu gün keçirilən iclası zamanı faiz artımının olma ehtimalı 16 faiz təşkil edir.
ABŞ Mərkəzi Bankının (FED) dekabr ayında uçot dərəcəsini artıracağı ehtimalı 70 faiz ilə iyun ayından bəri ən yüksək səviyyəsinə çatıb.
FED müddətli müqavilələrinə görə, FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün pul siyasəti toplantısında faiz artımına getməsi ehtimalı 16 faiz təşkil edir. Digər tərəfdən, müddətli müqavilələrə görə səlahiyyətlilərin 2016-ci ilin sonuna qədər faiz artımına getmə ehtimalı, iyun ayından bu yana ən yüksək, təxminən 70 faiz səviyyəsinə çatıb.
FOMC-nin bu il 13-14 dekabr tarixlərində daha bir toplantısı olacaq.