Eyfel Qülləsinin pilləkənləri satılıb

Eyfel Qülləsinin pilləkənləri satılıb
23 Noyabr 2016
Mətni dəyiş
Parisin simvol strukturlarından olan Eyfel qülləsinin 1983-cü ildə sökülən pilləkənləri hərracda satılıb.
Fransanın paytaxtı Parisin simvollarından olan Eyfel Qülləsinin pilləkənlərinin bir hissəsi hərrac zamanı 523 min 800 euroya satılıb.
Hərracda satılan 14 ədəd dəmir pilləkənin, 1983-cü ildə lift istehsalı üçün çıxardılan ikinci və üçüncü qatlar arasındakı pilləkənlərin olduğu ifadə edilib.
Nərdivanlar üçün hərrracın 20 min eurodan başladığı və satış gözləntilərinin 40 min euro ətrafında olduğu bildirilərkən, alıcının Asiyalı olduğu qeyd edilib.
1889-cu ildə əfsanəvi fransız mühəndis Gustavo Eiffel tərəfindən inşa edilən 324 metrlik qüllə, qısa müddətdə Fransanın ikonik strukturlarından biri halına çevrilmişdi.
Hələ də Fransanın ən yüksək üçüncü göydələni olan Eyfel Qülləsi, 1930-cu ildə New Yorkda inşa edilən Chrysler binasının inşasına qədər 41 il müddətində dünyanın ən yüksək binası ünvanını qorumuşdu.
Eyfel Qülləsinin sökülən digər 19 pilləkəni isə, 2013-cü ildə 220 min euro qarşılığında satılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun