Donald Trampın mühafizəsi Nyu-York şəhərinə gündəlik bir milyon dollara başa gəlir

Donald Trampın mühafizəsi Nyu-York şəhərinə gündəlik bir milyon dollara başa gəlir
22 Noyabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ailəsinin mühafizəsi Nyu-York büdcəsinə gündəlik 1 milyon dollardan çox vəsaitə başa gəlir.
"Report"un CNN-ə istinadən verdiyi məlumata görə, D.Trampın həyat yoldaşı Melanya və onların 10 yaşlı oğlu Barron azı dərs ilinin sonuna qədər Manhettondakı "Trump Tower"də yaşamağa davam edəcəklər. Eyni zamanda, yeni prezidentin özü də müntəzəm olaraq evinə baş çəkməyi düşünür.
Bu qiymətə həmçinin D.Trampın elə Nyu-Yorkda yaşayan böyük uşaqlarının və nəvələrinin polis tərəfindən qorunması da daxildir.
Qeyd olunur ki, mühafizə haqqının belə çox olması D.Trampın Nyu-Yorkun - dünyanın ən böyük şəhərinin ən sıx məskunlaşma olan ərazisində yaşaması ilə bağlıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun