DGK: Ermənistandan Azərbaycana məhsulların idxalı mümkün deyil

DGK: Ermənistandan Azərbaycana məhsulların idxalı mümkün deyil
14 Noyabr 2016
Mətni dəyiş
Son günlər bir sıra KİV-də bəzi qida məhsullarının Ermənistandan Azərbaycana gətirilməsi və pərakəndə satışının həyata keçirilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında yer alan məlumatda bildirilir.
Komitənin Mətbuat Xidmətinin açıqlamasında deyilir ki, Azərbaycan ilə Ermənistan arasında heç bir ticarət əlaqəsi yoxdur: "Həmin ölkədən hər hansı məhsulun ölkəmizin gömrük sərhədindən keçirilməsi mümkün deyil".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun