De Mistura: "Hələbdə qətliam ola bilər"

De Mistura: "Hələbdə qətliam ola bilər"
23 Noyabr 2016
Mətni dəyiş
Almaniyada xarici işlər naziri Frank-Walter Steinmeier ilə ortaq mətbuat konfransı təşkil edən BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura, vətəndaşları hədəf alan bombardmanın dayandırılması və siyasi həll yollarının tapılması üçün səylərin davam etdirilməsi barədə çağırış edib.
Mistura, "Hələbin şərqində Əsədin mərhəmətsiz şəkildə yeni hücum başlatmasından şübhələnirik. Bu, faciə ola bilər. Yeni bir Vukovar ilə qarşı-qarşıya qala bilərik", - deyərək yeni bombardmanların ola biləcəyini açıqlayıb.
ABŞ-da Trumpın rəhbərliyə gələcəyi 20 yanvar 2017-ci ildən əvvəl Əsədin Hələbdə böyük hücum təşkil edə biləcəyinə işarə edən Mistura, belə bir hücumun o bölgədə yaşayan 275 min vətəndaş üçün tragedik təsirinin ola biləcəyini söyləyib.
2017-ci ildə prezidentliyə başlayacaq Trumpın Yaxın Şərq siyasəti ilə əlaqədar az şeyin bilindiyini söyləyən De Mistura, İŞİD ilə mübarizənin Rusiya ilə ortaq şəkildə icra ediləcəyi ilə bağlı sözlərini yerinə gətirdiyi təqdirdə Suriyada yeni həll yolu ehtimalının olduğunu qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun