16 Noyabr 2016
Mətni dəyiş
Azərbaycanda fəaliyyət göstərən daha 2 xarici şirkətin filialları bağlanıb.
Vergilər Nazirliyindən fins.az-a verilən xəbərə görə, həmin şirkətlər bunlardır: “EX LIBRIS POLSKA” MMC və “VADEM ENGINEERING GMBH”.
“EX LIBRIS POLSKA” MMC-nin borcluları və kreditorları 2 ay müddətində öz tələblərini irəli sürə bilərlər. Bunun üçün onlar Yasamal rayonu, İnşaaatçılar prospekti, ev 3 ünvanına müraciət etməlidirlər.
“VADEM ENGINEERING GMBH” şirkətinin Azərbaycandakı filialının kreditorları isə öz tələblərini Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 168 ünvanına bildirə bilərlər.