Dələduzluqda təqsirləndirilən, həbsdə olan general Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınan İlham Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımova 15 il müddətinə azadlıqdan məhrum etmə ilə bağlı hökm oxunub.
Bundan əvvəl dövlıət ittihamçısı çıxışında İlham Qasımova 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın (Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib.
Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.