21 Noyabr 2016
Mətni dəyiş
Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportunun www.airport.az ünvanlı saytı yenilənib və xidmətə təqdim edilib.
Sayt yenidən təqdim edilməklə təkcə dizayn dəyişikliyi həyata keçirilməyib, həm də veb-səhifəyə yeni xidmətlər əlavə edilib. Belə ki, bundan sonra istifadəçilər reyslərin axtarışı, itirilmiş baqaj üzrə sorğuların göndərilməsi, həmçinin hava limanının ərazisində və onun terminallarında 360 fototur xidmətlərindən istifadə edə biləcəklər.
Bundan əlavə, sərnişinlərin rahatlığı üçün sərhəd və gömrük xidmətlərindən keçid qaydaları, transfer reyslərlə səyahət edənlər üçün məlumat, kafe və restoranlar, mövcud xidmətlər haqqında informasiya, eləcə də hava limanından paytaxt Bakıya hərəkət edən nəqliyyat vasitələri barədə məlumat burada toplanılıb.