“Azərbaycan Hava Yolları” QSC-yə 2017-ci ildə dövlət büdcəsindən 10 milyon 10,0 min manat subsidiya ayrılması nəzərdə tutulub. Həmin vəsait 2015-ci ilin büdcəsinin icrasından 933,0 min manat və ya 10,3% çox, cari ilin təsdiq edilmiş büdcəsinin müvafiq göstəricisinə bərabərdir.
Bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.
“Dünya enerji bazarında qiymətlərin aşağı səviyyədə qalması ilə bağlı dünyada baş verən iqtisadi proseslərin ölkə iqtisadiyyatına göstərdiyi təsirlərə baxmayaraq, “Azərbaycan Hava Yolları” QSC-yə ayrılacaq subsidiyanın azaldılmaması güzəştdən istifadə edənlərin statusu, sosial müdafiəsi, habelə Naxçıvan MR-nın iqtisadi blokada şəraitində olması ilə əlaqədar olaraq qeyd edilən məqsədlərə aviabiletlərin güzəştli qiymətlə satışının zəruriliyi ilə bağlı olub”, – məlumatda qeyd olunub.