"Azərbaycan Avropa Oyunları Festivalını keçirməklə Belarusun "yükünü" azaldacaq"

"Azərbaycan Avropa Oyunları Festivalını keçirməklə Belarusun "yükünü" azaldacaq"
2 Noyabr 2016
Mətni dəyiş
Avropa Gəncləri Olimpiya Festivalının Azərbaycanda keçirilməsinə dair ilin axırınadək kontrakt imzalanacaq.
Bu günlər idman rəsmilərinin və yerli medianın dilində “Bakıda Avropa Olimpiya Festivalı” keçiriləcək fikri səslənir. Bir neçə gün əvvəl Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, 2019-cu ildə Avropa Olimpiya Festivalı Azərbaycanda keçirilə bilər. MOK-un vitse-prezidenti bu günlərdə Belarusda olub və bununla bağlı müzakirələr aparıb.
Çingiz Hüseynzadə AzadlıqRadiosu-na müsahibəsində deyib ki, Minskdə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası olub. Bu məsələ də orda qaldırılıb. Avropa Olimpiya Festivalını Belarus keçirmək istəyirmiş. Ancaq 2019-cu ildə İkinci Avropa Oyunları da bu ölkədə keçiriləcəyindən Azərbaycan Belarusun “yükünü” azaltmaq qərarına gəlib.
Çingiz Hüseynzadə həmin toplantıda Belarusun İkinci Avropa Oyunlarını keçirməsinin vacib olduğunu deyib. Belarus Avropa Oyunlarını keçirərsə, Azərbaycan da Avropa Festivalını keçirə bilər:
“Belarusda İkinci Avropa Oyunlarının keçirilməsi məsələsi həll olundu. Eyni zamanda, daha əvvəl bu ölkə Avropa Festivalını keçirməyi də üstünə götürmüşdü. Orda kimin bu tədbiri keçirə bilməsi məsələsi qalxdı. Mən dedim ki, Azərbaycan bu məsələyə baxa bilər. Razılıq olsa, Azərbaycan bu tədbirin keçirilməsini öz üzərinə götürə bilər. İndi bu haqda danışıqlar gedir. Bu ilin axırınadək tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı hər şey məlum olacaq. Kontrakt imzalanacaq. Mən belə düşünürəm ki, bu tədbir Azərbaycanda keçirilə bilər, çünki festival üçün Bakıda hər cür şərait var. Bütün obyektlər də mövcuddur. Belarus buna, əlbəttə, razılaşır. Bunu böyük məmnuniyyətlə Azərbaycan tərəfdən bir dost addımı kimi qəbul edir”.
Bəzi ekspertlər və idman jurnalistlərinin fikrincə, Azərbaycanın indiki ağır iqtisadi durumunda Avropa Oyunları Festivalının keçirilməsi növbəti bədxərclikdən başqa bir şey deyil.
İdman jurnalisti Sərxan Musayev deyir ki, Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına sahiblik etmək üçün ötən il Birinci Avropa Oyunlarını keçirmişdi. Di gəl, sonradan durum dəyişdi:

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun