Avropada sərhəd yenidən çəkilir

Avropada sərhəd yenidən çəkilir
1 Dekabr 2016
Mətni dəyiş
İki qonşu ölkə, Belçika və Hollandiya, aralarındakı sərhədin yenidən çəkilməsi mövzusunda razılaşıb.
Problem, sərhəddəki Maas çayının yatağının dəyişdirilməsiylə ortaya çıxmışdı.
Belçika-Niderland sərhədi yenidən çəkilir. İki ölkə qarşılıqlı olaraq torpaq alıb vermə mövzusunda razılaşıb. Ancaq işin maraqlı olan tərəfi, dəyişiləcək torpaq parçalarının bərabər böyüklükdə olmamasıdır.
16 hektarlıq 2 ərazi verməyi planlaşdıran Belçika, qarşılığında Hollandiyadan 3 hektarlıq ərazi alacaq. Saziş iki ölkə sərhədində yerləşən Maas çayının yatağının, insan əliylə dəyişdirilməsinin ardından əldə edilib.
Belçikanın 1830-cu ildə Hollandiyadan ayrılıb müstəqilliyini qazanmasından sonra, iki ölkə arasındakı sərhəd bu çay boyunca çəkilib. Ancaq, 1961-ci ildə çay yatağı, nəqliyyatın daha asan təmin edilməsi üçün düzləşdirilib.
Çayın yeni yatağı Belçikanın kiçik bir torpaq parçasının Niderland tərəfində qalmasına səbəb olub. Beləcə, Hollandiyanın hakimiyyətində olmayan və Belçikanın idarəsində çətinlik çəkdiyi torpaq parçası, qeyri-qanuni fəaliyyətlərin mərkəzi halına gəlib.
Belçikanın bu torpaq parçasını nəzarət etməkdə çətinlik çəkdiyi üçün Hollandiyaya verməyi qəbul etdiyi ifadə edilir. Yeni sərhədin 2018-ci ildə qüvvəyə girməsi planlaşdırılır.
Belçika xarici işlər naziri Didier Reynders razılaşmanın, sərhədlərin sülh yolu ilə yenidən çəkilə biləcəyinin dəlili olduğunu söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun