"Aprel şəhidi"nin bacısı nazirə açıq məktub yazıb

"Aprel şəhidi"nin bacısı nazirə açıq məktub yazıb
8 Noyabr 2016
Mətni dəyiş
"2 aprel" döyüşlərində şəhid olmuş Məmmədov Murad Vaqif oğlunun bacısı Məmmədova Zülfiyyə Vaqif qızı analıq məzuniyyətinə çıxdığı peşə məktəbində işinə qayıda bilmir.
Biləsuvar rayonunda yaşayan şəhid bacısı məsələylə bağlı Biləsuvar rayon Təhsil Şöbəsinə müraciət etsə də, ona kömək edən olmayıb. Bu səbəbdən o moderator.az saytı vasitəsilə təhsil nazir Mikayıl Cabbarova açıq məktub yazıb.
“2007-ci ildə Sənaye Pedoqoji Texnikumunu bitirmişəm. Elə həmin ildən Biləsuvar rayonunda peşə təhsilli məktəbdə əmək müəlliməsi işləməyə başladım. 2010-cu ildə həmin məktəbdən analıq məzuniyyətinə çıxdım. Hal-hazırda iki övlad anasıyam. Böyük oğlum Uğurun 6, Elcanın isə 4 yaşı var. Nə qədər ki, qardaşım Məmmədov Murad şəhid olmamışdı, həmişə bizə maddi köməklik göstərirdi. Murad şəhid olandan sonra maddi vəziyyətimiz yaxşı olmadığı üçün Biləsuvar rayon Təhsil Şöbəsinə müraciət edərək analıq məzuniyyətindən sonra məktəbə qayıtmaq istədiyimi bildirdim. Amma çox təəsüf ki, Biləsuvar rayon Təhsil Şöbəsi mənə məktəbdə işə başlamam üçün köməklik etmədi.
Maddi vəziyyətimiz çox pisdi. Nə mən, nə də həyat yoldaşım işləyir. Sizin vasitənizlə təhsil naziri cənab Mikayıl Cabbarova müraciət edirəm. Xahiş edirəm ki, mənə ya işlədiyim peşə təhsilli məktəbdə, ya da şəhid qardaşım Murad Məmmədovun bitirdiyi Biləsuvar rayon 4 saylı orta məktəbində işə düzəlməyim üçün köməklik göstərsinlər. Mənə bir şəhid bacısı kimi kömək əlinizi uzadın. Şəhid qardaşım Murad Məmmədovun qoxusunu bu məktəbdə alaraq balalarımı böyüdüm”.
Hörmətlə, Məmmədova Zülfiyyə Vaqif qızı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun