16 Noyabr 2016
Mətni dəyiş
Noyabrın 15-də Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Litseyinin müdiri Ali Devrim Bakıda yaşadığı mənzildə ürək tutmasından vəfat edib.
1960-cı ilin yanvar ayında İzmirin Aydın bölgəsində doğulan Ali Devrim Aydın Universitetindən məzun olandan sonra müəllimlik fəaliyyətinə başlayıb.
Gənc yaşlarından ülkücü hərəkata qoşulan Ali Devrim 2005-ci ildən Azərbaycanda çalışmağa başlayıb. O, 8 il Bakı Anadolu Litseyinin, 2013-cü ildən isə Bakı Atatürk Litseyinin müdiri vəzifələrində çalışıb.
Mərhumla vida mərasimi bu gün Bakı Atatürk Litseyində keçirilib və sabah vətəni Aydında son mənzilinə uğurlanacaq.