"Şəhid ailələrinin vəziyyəti ilə maraqlanmır, amma səhifələrin bağlanmasından danışırlar"

"Şəhid ailələrinin vəziyyəti ilə maraqlanmır, amma səhifələrin bağlanmasından danışırlar"
5 Oktyabr 2016
Mətni dəyiş
Mehman Hüseynov saytımıza açıqlamasında həm Milli Məclisdə bir neçə səhifənin bağlanması, həm də şəhid ailəsinin sosial vəziyyəti ilə bağlı məsələlərdən danışıb. 
Jurnalist bildirib ki, Azərbaycanın bugünkü durumu budur, vətən uğrunda şəhid olan əsgərin yaşadığı evə baxın və bütün günü həmin əsgər ailələrinin haqqını yeyən, xalqın pullarını oğurlayan məmurların yaşadığı evlərə baxın: "Deputatlar da şəhidlərin vəziyyəti ilə maraqlanmır, amma sosial şəbəkədəki həqiqətləri yayan səhifələrin bağlanmasından danışırlar".
Buna da baxın: Şəhidin məzarı üzərindən yığışdırılan bayraq qaytarılıb (foto-video)
"Demək istəyirlər ki, bu gərçəkləri çəkib görtərmək məmura qarşı haqsızlıqdır? Yox! Bu haqsızlıq deyil, bu bizim məmurların əsl üzünü göstərməkdir. Kasıb ailələrin övladları gedib vətəni, torpağı qorumalıdır, şəhid olmalıdır, məmurların övladları isə saraylar tikib, gündə maşın dəyişməlidirlər", - deyə bildirib Mehman Hüseynov.
Bloqqer bildirib ki, şəkilini çəkdiyi ev Zərdab rayonundan 2 aprel döyüşlərində şəhid olan Nurlan Abdullazadənin valideynlərinin yaşadığı evdi:
"Şəhid ailəsinin evi çox pis vəziyyətdədir. Şəhid ailəsinə dövlət tərəfindən ayrılmış təzminat verilmir. İcra hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, onları dinləyən olmayıb. Ailə bildirib ki, şəhid üçün dövlət tərəfindən ayrılan məvacib onlara verilmir".
Eyni zamanda Mehman Hüseynov "Toxun acdan xəbəri olmayan ölkə" başlığı ilə sosial şəbəkədə yazı da paylaşıb. 
"Milli Məclisdə deputatlar isti kreslolarda oturub şikayət edirlər ki, sosial şəbəkələrdə məmurlarımıza qarşı haqsızlıq edirlər. Güya bunlar xalqın qeydinə qalıblar, xalqı fikirləşirlər, büdcədən 1 manat pul belə oğurlamırlar, şəhid ailələrini fikirləşirlər, onların qayğısına qalırlar, biz isə paxıllıq edib məmurların bu yaxşı əməllərini görmürük", - deyə yazısında qeyd edib.
Qeyd edək ki, sözü gedən şəhid ailəsi bir müddət əvvəl də Zərdab rayonu icra hakimi Lütfəli Babayevdən şikayət edirdilər. Həmin vaxt 2 aprel şəhidi Nurlan Abdullazadənin məzarı üzərindən Azərbaycan bayrağı yığışdırılmışdı. Hadisə sosial şəbəkələrdə müzakirə olunandan, yayılandan sonra bayraq geri qaytarılmış, məzarın üzərindən asılmağına icazə verilmişbi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun