7 Oktyabr 2016
Mətni dəyiş
"Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yerləşdirdiyi vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır".
Bu sözləri bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.
"Bəli, ARDNF bizim bankda vəsait yerləşdirib və bu vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır", - deyə o qeyd edib.
Qeyd edək ki, bundan öncə ARDNF-in ABB-də 1 mlrd. dollarlıq depozit yerləşdirməsi barədə informasiya yayılıb.