Daha bir Qarabağ əlili özünü yandırıb [Foto-video]

Daha bir Qarabağ əlili özünü yandırıb [Foto-video]
7 Oktyabr 2016
Mətni dəyiş
Qarabağ Əlili Cəmil Məmmədov oktyabrın 6-da benzin tökərək özünü yandırıb.
O, hazırda 5 saylı xəstəxananın yanıq şöbəsindədir. Yaxınlarının sözlərinə görə, bədəninin 80 faizi yanıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirib.
Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb.
[caption id="attachment_11495" align="alignnone" width="743"]Qarabağ Əlili Cəmil Məmmədov Qarabağ Əlili Cəmil Məmmədov[/caption]
Cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istəyiblər:
"Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib".
Qeyd edək ki, Cəmil Məmmədov 2014-cü ildə - hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib.
Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun