Azərbaycan Dövlət Neft Fondu "Brexit"ə görə 300 mln. dollar zərər edib

Azərbaycan Dövlət Neft Fondu "Brexit"ə görə 300 mln. dollar zərər edib
4 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Britaniya funt sterlinqində olan valyuta ehtiyatları üzrə "Brexit" qərarının verildiyi 23 iyundan bu günədək 271 mln. ABŞ dolları zərər edib. 
Dövlət Neft Fondunun investisiya portfelinə mövcud olan 1 194,3 mln. funt sterlinqin ABŞ dolları ekvivalentində dəyəri iyunun 23-də 1 793 mln. dollar idisə, hazırda bu rəqəm 1 522 mln. dollar təşkil edir. Keçən ilin analoji dövrü ilə müqayisədə isə funt sterlinq ehtiyatlarının dollar ifadəsində dəyəri 302 mln. dollar, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 444 mln. dollar olub.
Funt sterlinqin məzənnəsinin bu ilin sonuna qədər dollarla müqayisədə daha 4% ucuzlaşacağı ehtimal edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun