Seymur Baycan

Yazıçı, publisist

Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub, ancaq universiteti yarımçıq tərk edib.

Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunub. "Ət və ət məhsulları" romanı ilə dünya ədəbiyyatına skelet-roman anlayışını gətirib. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli Yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq edib. Bir çox regional layihələrdə iştirak edib və kulturoloji mövzularda mühazirələr söyləyib.

Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. Elmar Hüseynov fondunun keçirdiyi müsabiqədə birinci yerə layiq görülüb. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri çap olunub.

Müəllifin bütün yazıları

Səhifə: 2

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun