Avropa İttifaqı Ermənistanla viza rejimini sadələşdirməyə hazırlaşır

Avropa İttifaqı Ermənistanla viza rejimini sadələşdirməyə hazırlaşır Yerevan Zvartnots hava limanı. Foto: Wikimedia Commons
19 İyul 2024
Mətni dəyiş

Avropa İttifaqının viza rejiminin sadələşdirilməsi üçün fəaliyyət planı hazırlamaqla Ermənistanla münasibətlərini inkişaf etdirməyə çalışdığı bildirilir

Yaxın aylarda Avropa İttifaqı (Aİ) viza rejiminin sadələşdirilməsi istiqamətdə Ermənistan hökuməti ilə danışıqlara başlamaq niyyətindədir. Avropa Şurası çərşənbə günü bu haqda tövsiyəyə yaşıl işıq yandırıb. AzadlıqRadiosunun yaydığı məlumatda belə deyilir. 

Məlumatı eyni gündə Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Arman Yeqoyan da təsdiqləyib. Yeqoyan “Facebook” səhifəsində yazıb ki, fəaliyyət planı ilə bağlı rəsmi qərar qəbul oluna və iyulun 22-də elan edilə bilər.

Xəbər Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsi, Ermənistanın Aİ və ABŞ ilə yaxınlaşması fonunda yayılıb. Dəyişən dinamika Rusiyanın regionda öz təhlükəsizlik zəmanətlərindən imtina etdiyi zaman baş verib. 

Beynəlxalq Respublikaçılar İnstitutunun sifarişi ilə ötən ilin dekabrında aparılan ictimai rəy sorğusuna əsasən, respondentlərin 87%-i Ermənistan-Aİ münasibətlərini müsbət qiymətləndiriblər. 

Bu ilin martında Avropa Parlamenti Ermənistanın Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təklif etdiyindən daha etibarlı təhlükəsizlik sisteminə can atmağını alqışlayan və ölkənin Aİ-yə üzvlük istəklərini təsdiqləyən qətnamə qəbul edib. Bir ay əvvəl isə Ermənistan KTMT ilə əlaqələrini dayandırdığını bəyan edib.

Çərşənbə günü ABŞ dövlət katibinin müavini Uzra Zeya da Ermənistan-Amerika birgə hərbi təlimləri ilə eyni vaxta təsadüf edən Yerevan səfəri zamanı bu fikirləri təkrarlayıb. Onun sözlərinə görə, ABŞ Rusiyanın Cənubi Qafqaz hərbi mövcudiyyətində regionun dincliyinə və sabitliyinə töhfə verən heç nə görmür. Təlimlər həmçinin Ermənistanın NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirakı ilə üst-üstə düşüb ki, bu da öz növbəsində Rusiya hakimiyyətini qıcıqlandırıb.

Aİ-nin Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana 10 milyon avroluq öldürücü məqsədə xidmət etməyən hərbi yardımı da təsdiq edəcəyi gözlənilir. Ermənistan 2009-cu ildə yaranan Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsünün də iştirakçısıdır.

Şərq Tərəfdaşlığı həmçinin Aİ inteqrasiyasına daha böyük ambisiyaları və hazırlığı olan ölkələr Gürcüstan, Moldova və Ukraynadan ibarət “Üçlüyün assosiasiyası” adlı daha dar çərçivə də yaradıb.

Bununla belə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra üçlüyün gələcəyi qeyri-müəyyən olaraq qalır və bu, Gürcüstanın xarici siyasətində əhəmiyyətli dəyişikliklə müşayiət olunub.

Aİ ilə münasibətlərin pisləşməsi və Gürcüstanın Rusiyaya xas xarici agent qanununu qəbul etməsi fonunda, Estoniya, Hollandiya, Çexiya və İsveç də daxil olmaqla bir sıra Aİ ölkələri Gürcüstana vizasız gediş-gəlişin ləğvini təklif ediblər.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun