Qubad İbadoğlu: “Siyasi məhbussuz Azərbaycan üçün çalışmalıyıq”

22 Aprel 2024
Mətni dəyiş

ADR partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Bu qərar aprelin 22-də Nərimanov Rayon Məhkəməsində verilib.

Onun qızı Jalə Bayramova atasının səhhətinin kəskinləşdiyini bildirmişdi. Partiya sədri ötən ilin iyulunda saxlanılıb. O, saxta pul hazırlamaqda və dini ekstremizmdə ittiham olunurdu.

Qubad İbadoğlu ittihamları rədd edib və həbsinin siyasi sifariş olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun