SORĞU: Sizcə, sıravi vətəndaşlarla məmurlar arasında maaş fərqİ nə qədər olmalıdır?

1 Mart 2024
Mətni dəyiş

Ötən il Azərbaycanda orta aylıq əməkhaqqı 913,9 AZN olub. “BBC News”-un Azərbaycan bölməsinin 2023-cü ildə dərc etdiyi araşdırmada yüksək dövlət vəzifələrində çalışan məmurlarının nə qədər maaş aldıqları ortaya çıxmışdı:

Baş nazir - 3 690 AZN,
Baş nazirin I müavini - 3 260 AZN,
Baş nazirin müavini - 3 150 AZN,
Nazir, dövlət komitəsinin sədri - 3 060 AZN,
Bakı şəhər icra başçısı - 3 060 AZN,
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları - 2 250 AZN
Rayon icra hakimlərinin məvacibləri isə əhalinin sayından asılı olaraq 1 535-1 835 AZN araşında dəyişib.

MTN-lə bağlı “Rabitə işi” məhkəməsində məlum olmuşdu ki, əslində yüksək rütbəli məmurların aldıqları “paketlər”in məbləği onların maaşlarından qat-qat çox olub. Bəs, sıravi vətəndaşlarla məmurların maaşı arasında fərq nə qədər olmalıdır? Paytaxt sakinləri bu suala maraqlı cavablar veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun