Məhkəmə Ülvi Həsənlini yenə həbsdə saxladı

Məhkəmə Ülvi Həsənlini yenə həbsdə saxladı
27 Mart 2024
Mətni dəyiş

"Abzas Media işi" üzrə həbs olunan jurnalistlərin heç bir vəsatəti təmin olunmur

Martın 27-də "Abzas Media-nın direktoru Ülvi Həsənlinin həbsinin uzadılmasından verilən şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb. Hakim həbs müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Fevralın 24-dən başlayaraq "Abzas Media işi" üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bunu istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun