İlkin Əmrahovun anası: “Onun heç xarici pasportu da yoxdur, ölkədən necə çıxa bilərdi?”

19 Mart 2024
Mətni dəyiş

“Məhkəmə qərarında qeyd olunur ki, İlkin dəfələrlə ölkə xaricinə çıxıb. Məni düşündürən isə odur ki, İlkinin heç xarici pasportu da yoxdur, ölkədən necə çıxa bilərdi? Üstəlik gömrük idarəsindən uçaraq keçib ki, heç kim onu görməyib?”

"Toplum TV" işi üzrə saxlanılanlardan İlkin Əmrahovun ailəsi həbsindən sonra ilk dəfə onunla görüşə hazırlaşır. Bu rütubətli evdə bir qarın ac, bir qarın tox yaşayan ailə xüsusilə İlkinin sevdiyi təamlardan sovqat yığmağa diqqət edir.

Martın 6-da polislər İlkinin evindən axtarış zamanı 2700 avro tapdıqlarını iddia ediblər. O da bu iş üzrə saxlanılan digər şəxslər kimi qaçaqmalçılıqda ittiham edilir. Ailəsi isə İlkinin heç vaxt ölkəni tərk etmədiyini, heç xarici pasportunun da olmadığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun