2023-cü il üzrə “Homo Homini” Qlobal İnsan Haqları Mükafatı “Abzas Media”ya təqdim edilib

21 Mart 2024
Mətni dəyiş

2023-cü il üzrə “Homo Homini” Qlobal İnsan Haqları Mükafatı “Abzas Media” müstəqil media orqanına təqdim edilib.

“People In Need” Təşkilatının təsis etdiyi mükafatı “Abzas Media”nın müvəqqəti baş redaktor vəzifəsini icra edən Leyla Mustafayeva qəbul edib. Mərasimdə çıxış edən Leyla Mustafayeva Azərbaycanda insan haqlarının durumu və jurnalistlərə təzyiqlərdən danışıb.

Daha sonra “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin qızına yazdığı məktub oxunub. Mərasimin sonunda mühacir repçi Camal Ali azad Azərbaycan üçün rep oxuyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun