Britaniya Əliyevi təbrik etdi, ABŞ narahatlığını ifadə etdi

Britaniya Əliyevi təbrik etdi, ABŞ narahatlığını ifadə etdi
8 Fevral 2024
Mətni dəyiş

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld növbədənkənar prezident seçkisilə bağlı İlham Əliyevi təbrik edib.

“Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. Böyük Britaniya yaxın tərəfdaş kimi, Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir”, – səfirin “X” hesabında paylaşdığı postda  qeyd olunur. 

ABŞ-ın Azərbaycandakı səfirliyinin mövqeyi isə fərqli olub.

“Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkisinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür.

Azərbaycan öz Konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”, – deyə bəyanatda vurğulanır. 

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçkinin ilkin rəsmi nəticələrinə görə, Prezident İlham Əliyev səslərin 92,05% faizini qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun