Məhkəmə sabiq naziri 27 milyon yarımlıq yeyintidə təqsirli bilsə də, həbs etməyib

Məhkəmə sabiq naziri 27 milyon yarımlıq yeyintidə təqsirli bilsə də, həbs etməyib Foto: Apa az
17 Yanvar 2024
Mətni dəyiş

Prokuror ona 13 il şərti həbs cəzası verilməsini istəmişdi

Yanvarın 17-də sabiq əmək və əhalininin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub.

Abzas Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi keçirilən prosesdə Cinayət Məcəlləsinin 3 maddəsilə ittiham olunan sabiq nazirə 5 il sınaq müddəti olmaqla 11 il şərti həbs cəzası verilib.

Eyni zamanda onun əmlaklarının müsadirə edilməsinə qərar verilib.

O, korrupsiya, rüşvət və israfetmə yolu ilə dövlətə ümumilikdə 27 milyon 621 min 214 manat ziyan vurmaqda təqsirli bilinib.

Səlim Müslümovu 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Ona qarşı Cinyət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun