Məhkəmə “Abzas Media”nın əməkdaşı Elnarə Qasımovanı da həbsdə saxlayıb

19 Yanvar 2024
Mətni dəyiş

“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin bütün vəsatətləri ardıcıl şəkildə rədd edilir

Yanvarın 19-da məhkəmə həbsdə olan jurnalist Elnarə Qasımovanın həbsindən verilmiş şikayətə baxıb. “Abzas Media”nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim şikayəti rədd edib, Xətai rayon Məhkəməsinin Qasımova haqda həbs qətimkan qərarını qüvvədə saxlayıb.

“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərin bu günə qədər verdikləri heç bir vəsatət təmin edilməyib. Məhkəmələr ardıcıl şəkildə vəsatətləri rədd edir. “Abzas Media” işi üzrə noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqədar olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun