Hökumətin 20 il ərzində qanunları dəyişdirməsi, yaxud məhdudlaşdırması nəyə xidmət edir?

12 Yanvar 2024
Mətni dəyiş

“Hər şeyi “qanundur” adı ilə edirlər, qanun isə rejimə xidmət edir”

2003-cü ildən hakimiyyətdə olan İlham Əliyev 5-ci dəfə prezident olmağa hazırlaşır. Onun bu vəzifədə olduğu 20 ildə ölkədə iki dəfə referendum keçirilib, informasiya əldə etmək,

QHT-lər və qrantlar, siyasi partiyalar haqqında qanunlara dəyişiklik edilib, media haqqında yeni qanun qəbul edilib. 2009-cu və 2016-cı ildə keçirilən referendumla eyni şəxsin ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməsi məhdudiyyəti və yaş senzi aradan götürülüb, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Həmçinin, vitse-prezident vəzifəsi təsis edilib. Bundan sonra İlham Əliyev 2017-ci ildə həyat yoldaşı Mehriban Əliyevanı ölkənin vitse- prezidenti təyin edib.

“Ürəyindən keçdi ki, öz həyat yoldaşını birinci vitse-prezident təyin eləsin və ümumiyyətlə 5 ildən bir seçkilər də bezdirir adamı, çox tez-tez olur. Yeddi ildən bir olsun” – AXCP sədri Əli Kərimli Bəs, bu dəyişikliklər nəyə xidmət edir?

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun