Yağan şiddətli yağışlar nəticəsində Astaranın Ərçivan qəsəbəsi sular altında qalıb.

18 Sentyabr 2023
Mətni dəyiş

Yağan şiddətli yağışlar nəticəsində Astaranın Ərçivan qəsəbəsi sular altında qalıb. Bəzi fərdi yaşayış evləri, həyətyanı sahələri və digər əraziləri sa basıb. FHN-nin məlumatına görə, fərdi yaşayış evlərində köməksiz qalan vətəndaşlar təxliyə edilir. Su basmış ərazilərdə suçəkmə və digər təcili tədbirlər həyata keçirilir. Astara İcra Hakimiyyətindən Abzas Media-ya bildirilib ki, sakinlər müvəqqəti qohumlarının, tanışlarının evlərinə yerləşdiriləcək. Qurumdan qeyd edilib ki, işlər yekunlaşdıqdan sonra mülki əhaliyə də dəyən zərərin ödənməsi üçün komissiya yaradılacaq, ziyanlar hesablanacaq, aktlar tərtib olunacaq. Ötən gün axşam saatlarından başlayaraq intensiv yağan yağışlar Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndindən başqa, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndinə də zərərlər yetirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun