Tabutu boş gətirilən hərbçinin qohumu: "İcra başçısı üzrxahlıq etdi"

22 Sentyabr 2023
Mətni dəyiş

Ötən gün Qarabağda keçirilən əməliyyatda həlak olan Ağcabədi rayon sakini Röyal Məmmədovun dəfni zamanı tabutun içində cənazə olmayıb. Buna qəzəblənən rayon sakinləri ilə icra hakimiyyəti nümayəndələri və polis arasında gərginlik yaşanıb. Röyal Məmmədovun əmisi Mətləb Məmmədov deyir ki, olar cənazəni ilk dəfə Bərdədə görüb, təsdiqləyiblər. "Başçı da üzrxahlıq edəndən sonra heç yarım saat keçməzdi getdik həmin şəhidimizi özümüz götürdük gəldik dəfn etdik"- mərhumun dayısı İbrahim Rzayev deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun