Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib

26 Sentyabr 2023
Mətni dəyiş

Bu gün ADR Hərəkatının həbsdə olan sədri Qubad İbadoğluna azadlıq tələbi ilə aksiya keçirilib.

ADR üzvləri aksiyanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında etmək istəsələr də, polislər buna icazə verməyib. Onlar Nərimanov rayon Məhkəməsinin arxasındakı parkda aksiya keçirməyə məcbur qalıblar. Aksiya iştirakçıları sədrlərinin günahsız olduğunu, siyasi fəaliyyətinə görə həbs edildiyini bildiriblər.

Onlar tələb ediblər ki, Q. İbadoğlu dərhal azadlığa buraxılsın və hərəkatın ofisinə giriş bərpa olunsun. Polis aksiyaya müdaxilə etməyib, heç kim saxlanılmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun