Həbsxanaya sovqat aparan ana: “Artıq tükənmək üzrəyik”

1 Sentyabr 2023
Mətni dəyiş

Həbsxanaya sovqat aparan ana: “Artıq tükənmək üzrəyik” “

Ermənistana 40 ton yardım göndərən dövlət günahsız məhbusların valideynlərinə 40 kilo belə humanitar yardım göstərmir” Nataliya Sadıxova hazırda həbsdə olan inanclı fəal Ələkbər Sadıxovun anasıdır. Ələkbər Sadıxov narkotik ittihamı ilə həbs edilib. Ayda dörd dəfə oğlu ilə görüşə gedən ana gecədən səhərə azuqə hazırlıqlarına başlayır. Hər dəfə həbsxanaya sovqat göndərmək ona 250 manata başa gəlir.

Ayda 4 dəfə oğlunu ziyarətə gedən ana həbsxana ehtiyacları üçün aylıq 1000 manat xərcinin çıxdığını deyir. Avropa Şurasının “Prison pollutions 2022” hesabatına görə, Azərbaycan məhbuslara ən az pul xərcləyən ölkələrdən biridir. Ölkədə hər məhbus üçün 8 avro (14 manat) pul xərclənilir. Nataliya Sadıxova deyir ki, bu pul belə məhbuslara xərclənmir, onların qidasından tutmuş geyimlərinə, yataq dəstlərinə qədər hər şey evdən aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun